Avro daha da ucuzlaşa bilər | Banco.az

Avro daha da ucuzlaşa bilər

Beynəlxalq siyasi və ticari risklərin artmasına təsir edə biləcək xəbərlər səhər saatlarında EUR/USD və GBP/USD məzənnələrinin ucuzlaşmalarına təsir edib.

Bu gün səhər saatlarında Cənubi Koreya və Rusiya hərbi təyyarələri arasında insidentin baş verməsi ilə bağlı xəbərlərin yayılması, dünyada mürəkkəbləşən mövcud siyasi və ticari münasibətlərin daha da dərinləşə biləcəyi ehtimallarını artırıb. 

 

Təhlillərə əsasən, avro 1.12$-ın altında qalarsa, 1.11, funt sterlinq isə 1.25$-ın altında qaldıqca, 1.24$-a kimi 1%-ə kimi ucuzlaşa bilər.  

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 18:00-da ABŞ-dan açıqlanacaq təkrar daşınmaz əmlak bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir. 

İnvestAz