Bu loqo 1976-1998-ci illərdə istifadə edilib.
“Apple” loqosu indi planetdə az qala hər bir insana məlumdur. O, 20 il ərzində elə də dəyişməyib, lakin bir çox müasir “Apple” istifadəçiləri bilmirlər ki, sevimli şirkətləri, bir zamanlar, yalnız dişlənmiş alma ilə deyil, müxtəlif rənglərlə bəzənmiş göy qurşağı olan alma ilə assosiasiya olunub.
“Apple”ın bu loqosu 1976-cı ildən 1998-ci ilədək istifadə edilib. Əslində, əgər İsaak Nyutonun alma ağacının altındakı orijinal təsviri hesaba alınmasa, bu, şirkətin ilk loqotipidir.
Əgər şayiələrə inansaq, “Apple” bu il bir sıra yeni məhsulları üçün orijinal göyqurşağı loqosunu geri qaytara bilər. Belə bir loqonu məhz hansı cihazların əldə edə biləcəyi açıqlanmır, yəqin ki, bu, smartfon və ya planşetlər olmayacaq. “Mac” fərdi kompyuteri isə “rəngli alma”nı əldə edə bilər. Əgər şayiələr özünü doğruldarsa, “Apple”ın belə bir logo ilə hər hansı məhdud versiyasını istehsal etməsi də mümkündür.
Ted.az