Yeni Chevrolet Corvette Stingray adını alacaq | Banco.az

Yeni Chevrolet Corvette Stingray adını alacaq

Amerikanın “Chevrolet” şirkəti rəsmi olaraq elan edib ki, “Corvette C8” idman maşınının orta çəkili modifikasiyası “Stingray” adlandırılıb.

“Stingray” adı 1963-cü ildən 1976-cı ilədək istehsal olunan idman avtomobilinə xas olub.

Adındakı düzəlişlərə baxmayaraq, komplektasiyalar üçün kod işarələri eyni qalacaq. Xatırladaq ki, “Corvette C8” idman modelinin rəsmi təqdimatı iyulun 19-da keçiriləcək.

Ted.az