Avrozona iqtisadiyyatına dair açıqlanan müsbət fundamental göstəricilər EUR/USD məzənnəsində 1.14$-a kimi bahalaşma proqnozlarını artırıb.
EUR/USD məzənnəsində 1.14$-a kimi bahalaşma proqnozları.
Beynəlxalq valyuta birjalarında Avrozonada müsbət açıqlanan inflyasiya göstəriciləri EUR/USD məzənnəsinin 1.12$-da dəstək görməsinə səbəb olub. Təhlillərə əsasən, avronun qiyməti 1.12$ üzərində qaldıqca, 1.14$-a kimi də bahalaşa bilər.
Qızılda bahalaşma diqqət mərkəzində
Bununla yanaşı, Amerika mərkəzi bankının (FED) uçot faizlərini azalda biləcəyi ehtimalları və dolların ucuzlaşması, əlvan metallar bazarlarında qızılın da dəyər qazanmasına səbəb olub.
Beləliklə, qızılın bir unsiya üzrə qiymətində dinamika qorunarsa, 1442$-a kimi bahalaşma davam edə bilər.
İnvestAz