ABŞ Mərkəzi Bankının Filadelfiya şöbəsinin sədri Patrick Harker "Wall Street Journal"a verdiyi müsahibəsində, "Faizləri dəyişdirmək üçün bir səbəb yoxdur" deyib. O, faizlərin sabit saxlanılmasının tərəfdarı olduğunu bildirib.
"ABŞ iqtisadiyyatı güclü olmağa davam edir və hələ də çox güclü bir əmək bazarı var. Əgər iqtisadiyyatın davamlı şəkildə zəiflədiyinə inansam faiz endiriminə qoşulacağam, ancaq mənim fikirimcə bu nöqtədə faizləri hər iki istiqamətdə dəyişdirməyə ehtiyac yoxdur",- deyib.
Harker, Fed-in 19-20 İyun tarixli iclasından əvvəl "Hazırda faiz dərəcələrinin aşağı salınmasını düzgün hesab etmirəm. Faiz dərəcələrində dəyişiklik etmək üçün tələsməyə ehtiyac yoxdur. Bir müddət gözləməli və işlərin necə inkişaf etdiyini görməliyik" ifadəsini istifadə etmişdi. Fed isə faizlərdə dəyişikliyə getməyərək, 2.25 - 2.50 faiz aralığında sabit saxlamışdı.
Harker-in Federal Açıq Bazar Komitəsinin (FOMC) iclaslarında bu il səsvermə hüququ yoxdur.
Marja