Psixoloqların bəhs etdiyi 5 insan tipi | Banco.az

Psixoloqların bəhs etdiyi 5 insan tipi

Xarakterimiz dost seçimindən seçkilər zamanı namizədlərin seçiminədək həyatımızın hər mərhələsində təsir göstərir.

Banco.az xəbər verir ki, Xarakterimizi bilməklə özümüzün mənfi və müsbət tərəflərini öyrənməklə yanaşı, başqalarının bizim haqqımızda nə düşündüyünü öyrənə bilərik. Müasir psixoloqlar insanları xarakterinə görə 5 qrupa aid edirlər.

Gəlin bunlarla yaxından tanış olaq.

1. Vicdanlı

Vicdanlı insanlar təşkilatçı, etibarlı və ehtiyaclarını  özləri təmin edən, ən az vaxt və cəhdlə ən yaxşı nəticə əldə edən insanlardır. Onlar ən yaxşı nailiyyətlər əldə etmək üçün qabaqcadan plan qurmağı üstün tuturlar. Daha az vicdanı olan insanlar lovğa və bir şeyə daha çox aludə olurlar.

Tədqiqatlar göstərir ki, vicdanlı insanlarla ailə quranlar karyeralarında uğurları artır. Vicdanlı həyat yoldaşı sənin məhsuldarlığını artırır və daha çox uğura nail olmağa kömək edir.

2. Sosial

Bu tip insanlar söhbətcil olurlar və diqqət mərkəzində olmağı sevirlər. Digərləri isə amiranə və daim diqqət axtaran biriləri kimi dəyərləndirirlər.

Bu tipə aid olan kişilər salamlaşarkən daha möhkəm əl sıxmaqla fərqlənirlər.

Ən sərfəli kredit üçün müraciət et

3. Razılaşan

Bu cür insanlar etibarlı, mehriban və gülərüz olurlar. Onlar sosial fəaliyyətlərdə, könüllü işlərdə iştirak etməyə üstünlük verirlər. Digər insanlar onları saf və passiv kimi görürlər.

Araşdırmalar göstərir ki, bu tip investorlar riskli ticarətdən ən az pul itkisi ilə üzləşirlər.

4. Təcrübəyə açıq

4-cü tip insanlar maraq dairəsinin genişliyi və aydın təxəyyülü ilə seçilir. Onlar hər şeylə maraqlanan və yaradıcı insan olduqları üçün eyni şeylərdən qaçmağa çalışırlar.Başqaları onları gözlənilməz qərarlar verən kimi tanıyırlar.

Bu tip insanlar liberalizm tərəfdaşı olaraq siyasi maraqlarını daha çox ifadə edirlər.

5. Aqressiv

Aqressiv insanlar öz hislərini idarə etməkdə acizdirlər. Onlar hər şeyə tez reaksiya verir, daha çox narazı və narahat olurlar. Bu cür insanlar digərləri tərəfindən təhlükəli kimi qiymətləndirilir.

Onlar sosial şəbəkələrdə şərh yazmaqla deyil, daha çox şəkil paylaşmaqla seçilirlər.