94 min nəfərin pensiyası da 30 faizdən çox artacaq | Banco.az

94 min nəfərin pensiyası da 30 faizdən çox artacaq

Prezident İlham Əliyevin bu ilin iyunun 18-də imzaladığı tarixli sərəncamlarla dövlət sektorunda əməkhaqlarının ciddi şəkildə artımı qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunan 94 min nəfərin pensiyasının da 30 faizdən çox artmasına səbəb olacaq.

Onların sırasına dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslər və b. daxildir. Həmin şəxslərin çalışdıqları sahələr üzrə əmək haqlarının artımı ilə əlaqədar qanunvericiliyə əsasən onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır. Həmin şəxslərin pensiyalarına edilən artımlar əməkhaqlarının artırıldığı vaxtdan hesablanaraq ödənilir.

Ən sərfəli kredit üçün müraciət et

"Beləliklə, ötən ay dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında minimum pensiyanın 200 manata çatdırılması 660 min vətəndaşın, əməkhaqlarının artımı isə xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının əhəmiyyətli dərəcədə artmasına imkan verib. Nəticədə cari il ərzində reallaşan ikinci sosial paket 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artması ilə nəticələnib"- məlumatda deyilir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et