Ən sərfəli taksit kartı hansıdır? - ARAŞDIRMA | Banco.az

Ən sərfəli taksit kartı hansıdır? - ARAŞDIRMA

Bankların bizlərə təklif etdiyi məhsullardan biri də kredit kartlarıdır. Kredit kartları bankların müəyyən olunmuş limit çərçivəsində müştərilərə açdıqları kart hesablarıdır. Bu kart vasitəsilə siz onlayn ödənişlər edə və ya nağdlaşdıra bilərsiniz.

Kredit kartlarının ən geniş yayılmış növləri taksit kartlarıdır. Taksit kartının üstünlüyü kredit məbləğinin aylar üzrə bərabər şəkildə bölünməsi və kartla ödəniş zamanı bonuslar əldə edilməsidir.

Banco.az olaraq taksit kartlarını araşdırdıq.

Bəs hansı banklar taksit kartları təklif edir?

Aşağıdakı cədvəldə bankların hansı taksit kartları hansı şərtlərlə təklif etdiyi göstərilib.

Banklar

Kartın adı

Kreditin məbləği (AZN-lə)

Nağdlaşdırma

faizi

Kartın limiti

Ödəniş müddəti

Bank of Baku

Bolkart Gənc kredit

200-5000

1,5%

50%

12 ay

Kapital Bank

Birkart

100-10000

1,5%

50%

60 ay

Yapıkredi Bank

WorldCard

-

2%

50%

12 ay

Unibank*

Albalı

5000-dək

2%

-

3/6 ay

ASB

Super Extra

minimum 1500

-

50%

12 ay

Expressbank

SmileCard

100-4000

6/12%

300/500 azn

6/12 ay

Bank Respublika

PayKart

500-3000

2%

30%

12 ay

NBC Bank Maxicard 2000-dək 6/12% 88% 6/12 ay

Ən sərfəli kredit üçün müraciət et

 

Kredit məbləği – sizin əməkhaqqınızdan, banka olan öhdəliklərinizdən asılı olaraq bankın siz təklif etdiyi məbləğin minimum və maksimum həddidir.

Nağdlaşdırma faizi – kartın məxsus olduğu bankın ATM-lərindən krediti nağd şəkildə əldə edərkən tutulan komissiya haqqıdır. Komissiya haqqı bankomatdan çıxarmaq istədiyiniz məbləğə əsasən hesablanır.

Kartın limiti – ay ərzində kredit məbləğinin hansı hissəsini nağdlaşdırılması üçün məhdudiyyətdir.

Ödəniş müddəti – istifadə etdiyiniz kreditin aylara bölərək nə qədər müddətə ödəməli olduğunuzu göstərir.

*Albalı kartdakı məbləğin nağdlaşdırma limiti risk qruplarından asılıdır.