Ən yüksək əməkhaqqı sənaye, maliyyə və sığorta sektorundadır | Banco.az

Ən yüksək əməkhaqqı sənaye, maliyyə və sığorta sektorundadır

2019-cu ilin yanvar-aprel aylarında əvvəlki ilə nisbətən paytaxtda çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 3,9 faiz artaraq 820 manat olub.

Bakı Statistika İdarəsinin yaydığı məlumata görə, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə qeydə alınıb. İlin ilk dörd ayı ərzində ən aşağı əməkhaqqı səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az