Bank kartlarının sayı 7 milyon ədədə yaxınlaşdı | Banco.az

Bank kartlarının sayı 7 milyon ədədə yaxınlaşdı

2019-cu ilin May ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 6 milyon 968 min ədəd təşkil edib.

Aprel ayının sonu ilə müqayisədə Mayda cəmi ödəniş kartlarının sayı 247 min ədəd artıb. Böyük sayda artım, Mayda dollar kreditlərinə kompensasiya alanlara kartların verilməsi ilə əlaqədardır.

Artım Yanvarda 39 min ədəd, fevralda 74 min ədəd, martda 0 ədəd, apreldə isə 97 min ədəd təşkil etmişdi.

Aprel ayı ilə müqayisədə Mayda sosial kartların sayı 64 min ədəd artaraq 2 milyon 587 min ədədə, əməkhaqqı kartlarının sayı 28 min ədəd artaraq 2 milyon 124 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 142 min ədəd artaraq 1 milyon 450 min ədədə, kredit kartlarının sayı isə 11 min ədəd artaraq 806 min ədədə yüksəlib.   

Ən sərfəli kredit üçün müraciət et

2018-ci ilin sonu ilə müqayisədə isə yanvar-may ayları ərzində (ilk 5 ayda) cəmi ödəniş kartlarının sayı 457 min ədəd, o cümlədən sosial kartların sayı 65 min ədəd, əmək haqqı kartlarının sayı 84 min ədəd, sosial kart və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı isə 361 min ədəd artıb. Kredit kartlarının sayı isə 54 min ədəd azalıb.

Marja