Gələn ildən pensiyaların məbləğinin yenidən artırılacağı bildirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, orta aylıq əməkhaqqının artması 2020-ci ilin yanvarında bütün pensiyaların artımına səbəb olacaq.
"Hər ilin yanvar ayında bütün pensiyalar nəzərdən keçirilir. Hazırda Azərbaycanda 1 milyon 300 min pensiyaçı var. Onların pensiyaları nəzərdən keçiriləndə ötən il ərzində orta aylıq əməkhaqqının artım faizinin nə qədər olduğuna baxılır və buna uyğun olaraq hər ilin yanvarında pensiyalar artırılır və indeksləşdirilir. Çünki bu il iki dəfə pensiyalar, minimum əməkhaqları artırılıb. Bu da istər-istəməz orta aylıq əməkhaqqına təsir edəcək.
Orta aylıq əməkhaqqı bu gün 544 manatdır. Düşünürük ki, gələn il bu rəqəm təqribən 625 manat olacaq. Yəni 10-15 faiz artım qeydə alınması gözlənilir. 2019-cu ildə orta aylıq əməkhaqqının sözügedən artımı 2020-ci ilin yanvarında bütün pensiyaların artımına səbəb olacaq".
Oxu.az