“LG Electronics”in yeni dizaynlı smartfonunun patent şəkilləri yayılıb.
“LG Electronics” üz panelinin yuxarı sol küncündə kamera yerləşən smartfonu patentləşdirib.
Bu smartfonun arxa hissəsində üfüqi vəziyyətdə olan üç modullu əsas kamera yerləşir.
Həmçinin, arxa hissədə barmaq izlərinin skaneri mövcuddur. Belə bir aparatda fiziki düymələr görünmür, amma adi qulaqlıq üçün nəzərdə tutulmuş dəlik hələ də mövcuddur.
Ted.az