2019-cu il yanvar-may ayları ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 7 milyard 323 milyon 769 min manat təşkil edib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 26,4% azdır.
Əqdlərin 79%-ni Dövlət Qiymətli Kağızlar bazarı üzrə bağlanmış əqdlər, 15%-ni Törəmə Alətlər Bazarı üzrə əqdlər təşkil edib.