Avro, funt və qızıl bahalaşıb | Banco.az

Avro, funt və qızıl bahalaşıb

Beynəlxalq birjalarında FED-in açıqlamaları avro, funt və qızıl qiymətlərinin bahalaşmalarına səbəb olub.

Beynəlxalq valyuta birjalarında Amerika mərkəzi bankının açıqlamalarından sonra avro və funt kimi aparıcı valyutaların dollara nisbətən məzənnələri bahalaşmağa başlayıb. Daha güclü bahalaşma isə əlvan metallar bazarlarında qızılın qiymətində müşahidə edilib.

FED-in cari il üzrə iki faiz azaldılmasına gedə biləcəyi ehtimallarının artması, EUR/USD və GBP/USD məzənnələrinin müvafiq olaraq 1.13 və 1.26$-a kimi bahalaşmalarına səbəb olub. Qızılın qiyməti isə son beş ilin maksimumuna kimi 1394$-a kimi dəyər qazanmışdır.

 

Diqqətlər gələn həftəyə yönəlib

Təhlillərə əsasən, investorlar bundan sonra bahalaşma dalğasının əlavə olaraq 0.4% davam edə bilməsi üçün qlobal ticarət böhranın həll olunması istiqamətində açıqlamalar gözləyirlər. Bunun üçün isə gələn həftə hadisələrlə zəngindir.

İnvestAz