Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamla minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib.
Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğləri bu Sərəncama uyğunlaşdırılacaq.
Qeyd edək ki, 2019-cu ilin martın 1-dən minimum əməkhaqqı 180 manat müəyyən edilmişdi. Bu tarixədək minimum əməkhaqqı 130 manat idi. Beləliklə, bu il minimum əməkhaqqı 120 manat və ya 53,8% artırılıb.
Minimum əmək haqqının artırılmasının özəl sektorda 350 min nəfərin, dövlət sektorunda isə 600 minə yaxın insanın əməkhaqqına müsbət təsir edəcəyi bildirilir.
Marja