Avro AMB sədrinin açıqlaması ilə ucuzlaşdı | Banco.az

Avro AMB sədrinin açıqlaması ilə ucuzlaşdı

Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draghi çıxış edib.

Draghi, "Daha çox faiz endirimi AMB-nin variantlarının bir hissəsidir" deyib.

Draghinin açıqlaması bazarlarda Avropa Mərkəzi Bankının da faiz endirəcəyi gözləntisinin güclənməsinə səbəb olub. Avro/dollar məzənnəsi 0,25% düşərək 1.1191 səviyyəsinə geriləyib (Avro ucuzlaşıb, Dollar bahalaşıb). 

Mario Draghi, risk görünüşünün "aşağı istiqamətli" qalmaqda davam etdiyini və görünüşün yaxşılaşmaması vəziyyətində daha çox təşviqin lazım olacağını söyləyib.

Faiz endirimləri və daha çox monetar genişləmənin bankın variantları arasında olduğunu vurğulayan AMB sədri, bankın daha çox qiymətli kağız alışı üçün sahəsi olduğunu qeyd edib. 

Draghi, "Risklərin uzanması ixrac və xüsusilə emal üzərində təzyiq yaradıb. Yaxşılaşmanın olmaması, inflyasiyanın hədəfimizə geri dönməsinin riskə girməsi vəziyyətində əlavə təşviq lazım olacaq" deyib.

Marja