"Mövcud qanunvericilik POS-terminalların quraşdırılmamasına görə məsuliyyət tədbirləri nəzərdə tutmur. Bu isə bəzi vergi ödəyicilərinin bəhanələr gətirməsinə əsas yaradır".
Bunu Vergilər naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında spiker Oqtay Əsədovun bəzi ticarət şəbəkələrində POS-terminalların işləməməsi ilə bağlı qaldırdığı məsələyə münasibət bildirərkən deyib.
"Vergilər Nazirliyi cəza məsuliyyətinin olması üçün təşəbbüslə çıxış etsə də, qurumlar arasında razılıq əldə olunmayıb. Əgər Mili Məclis təşəbbüs göstərərsə, həmin qanun layihəsini təqdim etməyə hazırıq”,- nazir əlavə edib.
Nazir qeyd edib ki, POS-terminalların quraşdırılması prosesində üç tərəf iştirak edir:
“Nağdsız hesablaşmaların aparılmasında tərəflərin hansının maraqlı olduğuna baxmalıyıq. Bilirsiniz ki, bu məsələdə sahibkarlar komissiya haqları ödəyirlər. Bu rəqəm 1,29-2,37 faiz arasında dəyişir. Bizdə tariflər yüksək deyil. Dövlət buna müdaxilə etmir".
Oxu.az