“25%-dən artıq paya malik dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankını çıxmaqla Top 10-luğa daxil olan banklar ümumi bank sektorunun aktivlərinin 53%-nə sahibdir”.
Bunu AccessBank-ın təşkilatçılığı ilə keçirilən biznes forumda Bankın İdarə Heyətinin sədri Anar Həsənov bildirb.
Onun sözlərinə görə, Beynəlxalq Bank daxil 11 bank sektoru aktivlərinin 80%-nə sahibdir. AccessBank isə bank sektoru aktivlərində payı 3%-dir.
“AccessBank kredit portfelinə görə 5-ci, depozit portfelinə görə 8-ci bankdır”,- o deyib.
2018-ci ilin sonunda AccessBank 542 milyon manat kredit, 715 milyon manat depozit portfelinə malik olub. 2018-ci ildə Bankın depozit portfeli 243 milyon manat və ya 51,5% artıb.
marja