İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin may sayı təqdim olunub.
“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb.
2019-cu ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 18 ölkəsinə 13,7 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib.
2019-cu ilin aprel ayında isə “Azərkosmos” ASC dünyanın 17 ölkəsinə 6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-aprel aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Malayziya, Fransa, Birləşmiş Krallıq, BƏƏ-dir.
Marja