Bu həftə bəzi problemli kreditlərə kompensasiyaların ödənilməsi müddəti başa çatır. Bununla yanaşı, bir sıra suallar hələ də gündəmdədir:
Maliyyə Bazarlarına Nəzarət Palatasının yanında formalaşdırılan Apellyasiya Komissiyasına müraciətlərə nə zaman cavab veriləcək?
Qaydalara əsasən, apellyasiya müraciətlərinə 30 iş günü ərzində cavab verilməlidir. Bu isə təxminən 1 ay yarımdan çox zaman alır. Bu baxımdan, müraciətdən sonra iş günlərinin sayını hesablamaqla komissiyanın nə zaman müraciəti cavablandıracağını müəyyənləşdirmək olar.