ABŞ-da indekslər, Çinin ABŞ-a cavabının ardından günə azalma ilə başlayıb.
Açılışın ardından Dow Jones indeksi 1,68 faiz azama ilə 25505,36 bənd, S&P 500 indeksi 1,69 faiz azalma ilə 2832,69 bənd və Nasdaq indeksi 2,49 faiz azalma ilə 7720,07 bənd səviyyələrinə düşüb.
Çin, 60 milyard dollar məbləğindəki ABŞ məhsullarına gömrük tarifini 5 faiz ilə 25 faiz aralığında artırdığını açıqlayıb. Qərar 1 İyundan qüvvəyə minəcək.
Analitiklər, ticarət "müharibələrinin" bazarlardakı risk iştahını azaltması ilə dünya birjalarında qiymətlərin düşdüyünü bildirirlər.
İdxal edilən məhsullara tətbiq olunan tariflərdə Çinin cavabından sonra ABŞ Prezidenti Donald Trampın açıqlamaları səbirsizliklə gözlənilir.
Qeyd edək ki, 10 Maydan etibarən ABŞ 200 milyard dollarlıq Çin məhsulları üçün gömrük tarifini 10%-dən 25%-ə qaldırıb. Beləliklə, ABŞ və Çin arasında ticarət müharibəsi şiddətlənir. Dünya iqtisadiyyatı durğunuluğa girə bilər.
Marja