PAŞA Sığorta - İLİN SIĞORTA ŞİRKƏTİ mükafatına layiq görülüb | Banco.az

PAŞA Sığorta - İLİN SIĞORTA ŞİRKƏTİ mükafatına layiq görülüb

“İlin ən yaxşıları”nın seçildiyi səsvermə yekunlaşdı. Banco.az saytının təşkil etdiyi səsvermədə bank və maliyyə sahəsində fərqlənən təşkilatlar qalib elan olundu. Ümumilikdə 10 mindən çox insanın iştirak etdiyi səsvermə 1 ay ərzində davam etdi və 2018-ci il ərzində göstərdiyi xidmətlərə, təklif etdiyi məhsullara, yeniliklərə və innovasiyalara görə seçilən təşkilatlar birinci yerə layiq görüldülər. 11 nominasiya üzrə aparılan səsvermədə iştirakçılar bəyəndikləri maliyyə təşkilatına dəstək olmağa çalışdılar.

Bu ilki səsvermənin nəticələrinə əsasən “İlin sığorta şirkəti” nominasiyasında səslərin yarıdan çoxunu toplayan "PAŞA Sığorta" ASC qalib elan olundu. Səsvermədə 52% səs yığan "“PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın sığorta xidmətləri bazarında tanınmış liderlərdən biridir. Hal-hazırda şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Kapitalın bu cür yüksək səviyyəsi “PAŞA Sığorta” şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirməyə zəruri maliyyə imkanı verir və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir.

Ən sərfəli kredit üçün müraciət et

2016-cı ildə A.M. Best Qlobal Sığorta Kredit Reytinqi və İnformasiya Xidmətləri Agentliyi “PAŞA Sığorta ASC”-nin kredit reytinqlərini təsdiqləyib. Agentlik PAŞA Sığorta şirkətinin Maliyyə Dayanıqlığı Reytinqini “B+”, Uzunmüddətli Kredit Reytinqi isə “bbb-” olaraq dəyərləndirib. Reytinqlər PAŞA Sığortanın yüksək əməliyyat göstəriciləri, güclü kapital bazası və təkrarsığorta təminatına malik olmasını əks etdirir. “PAŞA Sığorta” şirkəti fəaliyyətini İSO 9001:2015 beynəlxalq standartında təsvir olunmuş Keyfiyyətin İdarə Olunması Sisteminə (Quality Management System) müvafiq olaraq həyata keçirir.

“Rahatlığınıza zəmanət” şüarı ilə fəaliyyət göstərən “Paşa Sığorta” ASC-ni təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.