Fürsət Xərcləri(Alternativ Xərc) nədir? - Termin Izahı | Banco.az

Fürsət Xərcləri(Alternativ Xərc) nədir? - Termin Izahı

İnsanlar daimi mübadilə içində olduqlarına görə mövcud məhdud resurslardan ötəri bəzi mövzularda seçim etmək məcburiyyətindədirlər. Beləcə istədikləri hər şeyi sahib ola bilmirlər; bəzi şeyləri digərlərinə üstünlük verməli, tərcih etməlidirlər. Fürsət xərcləriqısaca bu prosesdə tərk edilmiş digər ən yaxşı alternativlərin dəyərini xarakterizə edir. Başqa şəkildə desək fürsət xərcləri iqtisadi qərar qəbul etmək üçün qurban verilmiş maksimum dəyərdir, alternativ xərc və ya iqtisadi xərc kimi da adlandırılır. Bu xərcin sırf pul qarşılığı olmaq kimi bir məcburiyyəti yoxdur. Bir misalla açılqasaq, həftəsonu gəzməyə getmək istəyirsiniz, amma həmçinin evdə qalıb ingilis dili də çalışmaq istəyirsiniz və deyək ki gəzməyi seçdiniz. Bu situasiyada gəzməyin alternativ xərci o gün ingilis dili oxumamaq, öyrənməmək olacaq.