Fed faiz qərarını açıqladı | Banco.az

Fed faiz qərarını açıqladı

Fed faiz dəyişdirmədi, bun məsələdə "səbrli" olacağını təkrarladı

ABŞ Mərkəzi Bankının (Fed) Federal Açıq Bazar Komitəsinin (FOMC) Vaşinqtondakı iki gün davam etmiş iclası başa çatıb.

İclasda faizdə dəyişiklik edilməməsinə qərar verilib. 

Federal maliyyələşdirmə nisbəti (Fed-in faizi və ya uçot dərəcəsi) 2.25 faiz - 2.50 faiz aralığında sabit saxlanılıb. İqtisadçılar da Fed-in faizi sabit saxlayacağını gözləyirdilər.

Fed, Mart toplantısında da faizi gözləndiyi kimi 2.25 faiz - 2.50 faiz aralığında sabit saxlamışdı. Fed bu il ərzində faiz artırmayacağını və balans azaltmağı Sentyabr ayında bitirəcəyini açıqlamışdı.

Fed, faizə dair gələcək qərarlar məsələsində "səbrli" olacağını təkrarlayıb.

Son toplantıdan bu yana açıqlanan məlumatlara görə, iqtisadi fəaliyyətin güclü bir şəkildə artdığını qeyd edən Fed, inflyasiyanın düşdüyünü və 2%-dən aşağı qalmaqda davam etdiyini vurğulayıb. 

İstehlakçı xərclərindəki artımın və investisiyaların ilk rübdə səngidiyi qeyd edilib, məşğulluq artımının güclü və işsizliyin aşağı qaldığı vurğulanıb

ABŞ Prezidenti Donald Tramp Çərşənbə axşamı günü "Twitter" vasitəsilə, "Əgər faizləri bir miqdar salsaq, məsələn, bir bənd və bir az monetar təşviqə (istiqraz alışı) getsək iqtisadiyyat sürətlə yüksələr", - deyərək Fed-i faiz endirməyə dəvət etmişdi.

 Donald Tramp,"Fed aşağı inflyasiyaya baxmayaraq faiz artırdı" açıqlamasını da etmişdi.

ABŞ Prezidenti, "Çin, öz iqtisadiyyatına böyük təşviqlər əlavə edərkən, eyni zamanda faiz nisbətlərini də aşağı saxlamaqda davam edir. Fed isə inflyasiya çox aşağı səviyyədə olmasına baxmayaraq faiz artırdı və şərtləri sərtləşdirməyə başladı" ifadəsini istifadə etmişdi.

Bazarlarda Fed-in növbəti qərarının faizin endirilməsi barədə olacağına dair proqnozlar səsəsləndirilir. 

Marja