ABŞ-Çin ticarət müqaviləsinin gələn həftə elan ediləcəyi bildirilir | Banco.az

ABŞ-Çin ticarət müqaviləsinin gələn həftə elan ediləcəyi bildirilir

CNBC-yə açıqlama verən mənbələr ABŞ-Çin ticarət müqaviləsinin gələn Cümə günü elan ediləcəyini bildiriblər.

Dünyanın ən böyük iki iqtisadiyyatı arasındakı ticarət gərginliyinə son qoyacaq sazişi formalaşdırmaq üçün ABŞ nümayəndə heyəti Pekində Çinin ticarət nümayəndələri ilə görüşüb. Danışıqların növbəti mərhələsi üçün Çin Baş nazirinin köməkçisi Liu He gələn həftə Vaşinqtona gedəcək.

ABŞ Prezidenti Donald Tramp, Çinin ABŞ-dan daha çox mal almasını və ticarət kəsirini azaltmasını tələb edir.

Ağ Evdən yekun müqavilənin gələn həftə elan ediləcəyinə dair bir açıqlama verilməyib.

Marja