Mikroiqtisadiyyat və Makroiqtisadiyyat nədir? | Banco.az

Mikroiqtisadiyyat və Makroiqtisadiyyat nədir?

Makroiqtisadiyyat iqtisadiyyatı bütövlükdə ələ alır. Makroiqtisadiyyatda bütün rəqəmlər və bütün ölkədən gələn datalar diqqət mərkəzindədir. Makroiqtisadi göstəricilərə misal olaraq, ÜDM(Ümumi Daxili Məhsul), infliyasiya dərəcəsi, işsizlik dərəcəsi, ixracat və idxalat və təbii ki valyuta məzənnələri verilə bilər. Bu sadalanan göstəricilərlə bir ölkənin cari situyasiyasını anlamaq mümkündür, elə buna görə də makroiqtisadiyyat daha geniş perspektiv təklif edir. Mikroiqtisadiyyat isə kiçik miqyaslı iqtisadi oyunçuları tədqiq edir. Fərdlərin və firmaların davranışlarına cəmlənərək onların qərarlarını qəbul etmə prosesdurlarını dərindən analiz edir. Bu iki sahə çox fərqli görünmələrinə baxmayaraq, açıq bir şəkildə bir-birləri ilə iç-içədirlər.