Sony bir il əvvəl 2019-cu ilin martında sona çatan maliyyə ili üçün 10 milyon ağıllı telefon satışı hədəfləmişdi. Aylar keçdikcə bu rəqəm 9 milyona, daha sonra isə 7 milyona düşdü. Şirkət bu ilin ilk üç ayında, sektorda özünü gücləndirmək üçün yeni versiyalar gətirsə də, ilk rübdə yalnız 1,1 milyon ədəd telefon satışıyla tarixinin ən pis satış dövrünü keçirdi.
2018-ci ilin mart-iyun ayları arasında şirkət 2 milyondan çox telefon satmışdı. İyun ayından oktyabr ayına qədərki aylarda isə satışlar yalnız 1,6 milyona düşdü.
Xperia XZ3 və Yeni il mövsümünün gəlməsi ilə şirkət 2018-ci ilin son aylarında telefon satışlarında bir artım təmin etsə də, mövsümün sonuna qədər 1,8 milyon ədədə telefon satmağı bacardı. Sony bu ilin ilk üç ayında, sektorda özünü gücləndirmək üçün yeni versiyalar gətirsə də, yalnız 1,1 milyon ədəd satışla ağıllı telefon satışlarında tarixinin ən az rəqəmini gördü.
Bu nəticələr şirkətin ağıllı telefon sahəsində 869 milyon dollar zərər etməsinə səbəb oldu. Ayrıca şirkət bu il minlərlə adamı işdən çıxarmaq məcburiyyətində qaldı. Şirkət başqa tədbirlər alaraq müəssisə xərclərini yarı yarıya azaltmağı planlaşdırır.
Ağıllı telefonlar sahəsində şirkətin gələcəyi qaranlıq görünür. Sony 2020-ci ilin martına qədər yalnız 5 milyon ağıllı telefon satışı nəzərdə tutur.
Pərvanə Aslanova, Banco.az