İnnovasiya üçün hansı metodlar tətbiq olunur? | Banco.az

İnnovasiya üçün hansı metodlar tətbiq olunur?

Dünyada uzun müddət fəaliyyət göstərən 400 firmanın üç ortaq xüsusiyyəti olduğu təyin olunmuşdur;

  • Bazar dəyişikliklərinə uyğunlaşma qabiliyyəti,
  • CEO'nu öz daxilində yetişdirməsi,
  • Şirkət konstitusiyasının olması.

Sabitləşən düşüncə tərzini qırmaq üçün yalnız zamana uyğunlaşmaq və istəmək bəs etmir, texnikalara də ehtiyacımız var.

Bunlardan biri, Pomodoro, yəni gündə 25 dəqiqə düşünmə texnikasıdır.

Pomodoro Texnikası nədir?

Hər hansı bir məsələ ilə əlaqədar olaraq gündə 25 dəqiqə mövzunun üzərində diqqətini cəmləmək anlamına gəlir.

Bunu isə innovasiya və yaradıcılığa uyğunlaşdırdığımızda, hər kəsin, etdiyi işlə əlaqədar, "mən bu işi necə daha fərqli necə edə bilərəm" deyə özünə 25 dəqiqə vaxt ayırmasıdır.

Pomodoro Texnikası necə işləyir?

  • Bir mövzu seçilir,
  • Taymer 25 dəqiqə sonraya qurulur,
  • İş başlanır və 25 dəqiqə ərzində mövzudan dönmədən, heç bir şəkildə kəsilməyə icazə vermədən, mövzu üzərində yeni modellər, fərqli dünyagörüşləri və bu anda olmayan bir xüsusiyyəti tapmağa çalışırıq.
  • Zaman bitdiyində isə 5 dəqiqə fasilə verilir.

Dünyanın ən böyük 50 firmasının Pomodoro texnikasına bənzər istifadə etdikləri bəzi tətbiqləri vardır.

Ən sərfəli kredit üçün müraciət et

Bunlarda biri 70:20:10 qaydasıdır.

70:20:10 qaydası nədir?

70:20:10 qaydası, işçilərin iş saatlarını;

  • 70%-i öz işi ilə;
  • 20%-i işimi necə daha fərqli edə bilərəm üzərinə düşünməsi ilə;
  • 10% -ni isə işi ilə heç bir əlaqəsi olmayan işlərlə keçirməsidir.

Proqramın nəticələri maraqlıdır:

20%-lik seqmentdə yaranan fikirlər bu şirkətlərin dövriyyəsinin 50% -dən çoxunu təşkil edir.

Dünyada innovasiya mənbələrinin birinci sırasında işçilər dayanır, İkincisi, biznes tərəfdaşları, üçüncü yeri isə müştərilər tutur.

Toyota 20 ildən çox müddət ərzində öz işçilərindən bir milyondan artıq yenilikçi ideyanı qəbul edib və onlardan faydalanmışdır. Eyni zamanda fikir verəni də məhsulun satışına müəyyən nisbətdə ortaq etmişdir.

Pərvanə Aslanova, Banco.az