Beynəlxalq maliyyə bazarlarında avro və neftdə bahalaşmanın güclənməsi proqnozlaşdırılır, ABŞ-dan da önəmli göstəricilər açıqlanacaq.
Avro 1.1235$-ın üzərində qaldıqca, 1.1286$-a kimi bahalaşa bilər
Beynəlxalq maliyyə bazarlarında Pasxa bayramı ilə əlaqədar olaraq ticarət aktivliyi son günlər çox zəifləsə də bugündən etibarən yenidən artacağı gözlənilir.
EUR/USD məzənnəsi 1.12$-da dəstək görərək, bahalaşmağa başlayıb və məzənnə 1.1235$-ın üzərində qaldıqca, 1.1286$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
Brent nefti 76$-a kimi bahalaşa bilər
Enerji birjalarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti dəyər qazanmaqdadır. 74$-ın üzərində təklif edilən bir barel üzrə qiymətin 76$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.
ABŞ-ın daşınmaz əmlak bazarı diqqət mərkəzində
Bazar ertəsi ABŞ-ın təkrar daşınmaz əmlak bazarında açıqlanan mənfi göstəricilərdən sonra bu gün Bakı vaxtı ilə saat 16:30-da ilkin mənzil bazarına dair önəmli statistik məlumatlar da yayımlanacaqdır.
İnvestAz