Azərbaycan Beynəlxalq Bankından elektron kommersiya portalları üçün yeni xidmət | Banco.az

Azərbaycan Beynəlxalq Bankından elektron kommersiya portalları üçün yeni xidmət

Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə elektron kommersiya xidmətləri ilə məşğul olan portallar üçün yeni imkan yaradıb. Bankın kartlarından istifadə etməklə bu portallar üzərindən onlayn sifarişləri indi daha tez, rahat və təhlükəsiz şəkildə yerinə yetirmək mümkündür. Belə ki, bu xidmətə qoşulan portalların daimi istifadəçiləri öz kart məlumatlarını sistemə daxil edir və yaddaşda saxlayır. Ondan sonra hər dəfə onlayn sifarişlər zamanı ödənişi əlavə vaxt sərf etmədən, cəmi bircə toxunuşla yerinə yetirmək mümkün olur.

Kart hesablarının təhlükəsizliyi beynəlxalq ödəniş sistemlərinin müəyyən etdiyi tələb və standartlar səviyyəsində qorunur. Hər ödəniş zamanı müştərinin mobil telefonuna 3D təhlükəsizlik kodu göndərilir. Əməliyyat yalnız kod daxil edildikdən sonra başa çatdırılır. Bu da kart hesablarını hər hansı arzuolunmaz  hallardan tam sığortalayır.

Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu xidmətə ilk olaraq iticket.az portalı qoşulub. Bu xidmət digər potensial tərəfdaşlar üçün də açıqdır. Belə ki, ölkədə elektron xidmətlər göstərən istənilən təsərrüfat subyekti Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi bu imkandan yararlana bilər. Ölkəmizdə elektron kommersiya fəaliyyəti göstərən bütün təsərrüfat subyektləri bu sistemə qoşulmaqla öz elektron ticarət portallarını daha da inkişaf etdirə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik olan və ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bankın müxtəlif çeşiddə plastik kartlarını bu linkdən onlayn sifariş vermək mümkündür: https://www.ibar.az/az/individual/plastic-cards/

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.