Köçürülən əvəzsiz vəsait | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Köçürülən əvəzsiz vəsait

Vergi Məcəlləsinə əlavə edilmiş 106.1.18-ci maddədə "Paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər" və "dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla deyildikdə", "istisna" sözü vəsaiti alana, yoxsa vəsaiti köçürənə aiddir? Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş meyarlara cavab verən təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi deyildikdə, hansı məqsədlər üçün köçürülən vəsait nəzərdə tutulur?

Vergi Məcəlləsinin 106.1.18-ci maddəsi ilə müəyyən edilmiş güzəşt vəsaiti köçürən hüquqi şəxslərə münasibətdə tətbiq olunur. Bu maddənin məqsədləri üçün köçürülən vəsait dedikdə, vergi ödəyicisinin mənfəətindən köçürülən əvəzsiz vəsait nəzərdə tutulur.

Əsas: Vergi Məcəlləsi, 106.1.18-ci maddə