Bu gün Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak yeni İslahat Paketini açıqlayacaq.
Bu münasibətlə tədbirin Bakı vaxtı ilə saat 12:00-da başlayacağı gözlənilir.
İqtisadiyyatın yeni yol xəritəsi olacaq İslahat Paketinin Yeni İqtisadi Proqramdakı (YEP) hədəflərə yönəlmiş tədbirlər ehtiva etməsi gözlənilir.
Nazir Albayrak, 28 Martda qatıldığı bir televiziya proqramında, iqtisadi artım, inflyasiya, bankçılıq başda olmaqla bütün sahələrdə atılacaq addımları ehtiva edən ümumi çərçivəyə bağlı açıqlamalar verəcəyini bildirmişdi.
Albayrak, "Artıq Türkiyənin bundan sonrakı gündəmi maliyyə arxitekturası, maliyyə təhlükəsizliyi olacaqdır. Bütün alətlər ilə sağlam və real böyüyən bir iqtisadiyyatı dəstəkləmək üçün hansı addımlar lazımdırsa atacığıq" demişdi.
Yeni islahat Paketinin Türk Lirəsinin istiqaməti üzərində həlledici olacağı bildirilir. Bakı vaxtı ilə saat 07:20-də Dollar/TL məzənnəsi 5.6982 səviyyəsində olub.
Marja