May ayının ilk hərracı elan edildi | Banco.az

May ayının ilk hərracı elan edildi

Əmlak Məsələləri Dövlət Komitəsi mayın 7-də növbəti hərrac təşkil edəcək. Budəfəki hərraca ümumilikdə 85 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 26-sı kiçik dövlət müəssisə və obyekti, 16-sı qeyri-yaşayış sahəsi, 15-i nəqliyyat vasitəsi, 5-i isə yarımçıq tikilidir. Dövlətə məxsus səhm paketləri hərraca çıxarılan səhmdar cəmiyyətləri kənd təsərrüfatı, nəqliyyat, təmir-tikinti və digər sahələrə aiddir. Ağcabədi, Ucar, Tovuz və digər rayonlarda yerləşən dövlət əmlaklarının özəlləşdiriləcək səhm paketləri ümumi səhmlərin 30-45 faizini təşkil edir. Maraqlananlar Komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə hərraca çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat əldə edə bilərlər. Bundan başqa, onlayn formada sifariş verməklə hərracda iştirak statusu qazanmaq mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Prezident İlham Əliyevin "Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli Qanununun tətbiqi barədə fərmanına əsasən, 140 dövlət müəssisəsinin əmlak və torpaq vergisi üzrə borcları silinəcək. Həmin borcların ümumi məbləği 10 milyon manatdır.

Vergiler.az