Böyük Britaniya bankı HSBC, Çində iqtisadi artımın dibi gördüyünü və bu il 6.6% artacağını proqnozlaşdırıb.
HSBC-yə görə, özəl sektoru dəstəkləyən təşviqlərin təsiri ilə Çin iqtisadiyyatında artım sürətlənəcək və bu il 6.6% olacaq.
Çin hökuməti ötən ay bu il üçün iqtisadi artım hədəfini 6% ilə 6.5% aralığında müəyyən edib. Keçən il bu nisbət 6.5% idi. Çin, ilk rüb artım göstəricisini 17 Apreldə açıqlayacaq. ABŞ ilə ticarət müharibələri Çinin inkişafı üzərində təhlükə yaratmağa davam edir.
HSBC-nin hesabatında, güclü emal fəaliyyəti də daxil, son iqtisadi göstəricilərin, inkişafın ləngiməsinin dibi gördüyünə və gələcək rüblərdə mərhələli toparlanacağına işarə etdiyini bildirib.
Müxtəlif qurumlardakı iqtisadçılar da Çin iqtisadiyyatının sabitlik əldə etdiyinə dair işarələr olduğunu bildirirlər.
Marja