Bank sektoru iqtisadiyyatda xüsusi çəkiyə malikdir.Məlum olduğu kimi, son dövrlər ərzində manatın iki dəfə xarici valyutalar qarşısında dəyər itirməsi, yəni devalivasiya baş verməsi nəticəsində banklarda problemli kreditlərin həcmi artdı və bankların əsas gəlir mənbəyi hesab edilən kredit vermədə azalma baş verdi. Bütün bunların nəticəsi olaraq isə, bəzi banklar fəaliyyətlərini dayandırmağa, bəziləri birləşmə haqqında düşünməyə və bir çoxu isə kiçilmə siyasəti həyata keçirməyə başladı. Nəticədə banklarda çalışan işçi sayında ciddi azala baş verdi.
Devalivasiyalardan öncə 45 yaxın bank olsa da hal-hazırda bu say 30 a enmişdir.
İş yerlərinin azalması nəticəsində banklarda çalışan işxtisaslı kadrlar öz işlərini itirsələr də, statistik məlumatlara nəzər salanda görünür ki, ötən illərə görə banklarda çalışan işçi sayında artım baş vermişdir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi statistik məlumatlara əssən son 3 ildə banklar və onların bəzi əsas göstəricilərinə nəzər salaq:
Maliyyə bazarlarının iştirakçıları haqqında ümumi məlumat - Banklar
Göstəricilər |
28.02.2019 |
31.01.2018 |
31.01.2017 |
Bankların sayı |
30 |
30 |
32 |
Dövlət Bankları |
2 |
2 |
2 |
Özəl Banklar |
28 |
28 |
30 |
Xarici kapitallı banklar |
15 |
15 |
16 |
nizamnamə kapitalının 50 % dən 100 % ə qədərini təşkil edən |
8 |
8 |
7 |
nizamnamə kapitalının 50 % ə qədərini təşkil edən |
7 |
7 |
9 |
Bankların filiallarının sayı |
509 |
511 |
569 |
Bankların şöbələrinin sayı |
130 |
142 |
132 |
ATM-lərin sayı |
2524 |
2439 |
2468 |
İşçilərin sayı |
17683 |
16207 |
16928 |
Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik məlumatlara nəzər saldıqda görünür ki, 2017 ci il ilə müqayisədə 28.02.2019 cu il tarixinə banklarımızda çalışan işçilərin sayı 755 nəfər artaraq 17683 nəfərə çatmışdır.
Nüsrət XƏLİLOV, banco.az