Dövlət Vergi Xidmətinin məlumatında bildirilib ki, ölkədə bu ilin ilk rübündə keçən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmalarında 1,7 dəfə artım əldə olunub. İlin ilk üç ayı ərzində əlavə dəyər vergisi ödəyicilərinin sayı beş dəfə, bu vergi növü üzrə yığılmış məbləğ isə 2,6 dəfə artıb. Üç ay ərzində su vergisini 49,7 min hüquqi şəxs ödəyib ki, bu da keçənilki göstərici ilə müqayisədə 14,4 dəfə çoxdur. Torpaq vergisinin ödəyiciləri olan hüquqi şəxslərin sayı da bu ilin ilk üç ayında 5,8 dəfə artaraq 75 minə çatıb.
"İş yerlərinin qanuniləşdirilməsi üçün bu il fiziki şəxslərin gəlirlərinə 12 faiz həcmində vahid vergi dərəcəsinin tətbiqi əlavə stimul yaradır", - komitənin açıqlamasında göstərilib. Ümumilikdə Özbəkistanda gəlir vergisi ödəyən fiziki şəxslərin sayı birinci rüb ərzində 4,8 milyona çatıb ki, bu da keçən ilin ilk rübünə nisbətən 450 nəfər və ya 10 faiz çoxdur. Xatırladaq ki, bu ildən Özbəkistanda vergi sisteminin yeni konsepsiyası tətbiq olunur. Dövlət Vergi Xidməti əldə edilən irəliləyişləri vergi münasibətlərində şəffaflığın artması ilə əlaqələndirib.
Vergiler.az