“Fitch” iyulda Azərbaycanın yenilənmiş suveren reytinqini dərc edəcək | Banco.az

“Fitch” iyulda Azərbaycanın yenilənmiş suveren reytinqini dərc edəcək

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2019-cu il iyulun 19-da Azərbaycanın yenilənmiş suveren reytinqini dərc etməyi planlaşdırır. Bu barədə  “Fitch”dən məlumat verilib.

"2019-cu il yanvarın 25-də biz Azərbaycanın yeni reytinqini dərc etdik. Bizim hesablamalarımıza görə bu reytinq 19 iyul tarixində dərc olunacaq", - deyə agentlikdən qeyd ediblər.

Xəbər verildiyi kimi, “Fitch Ratings” cari ilin yanvar ayında Azərbaycanın yerli və xarici valyutada emitent defoltunun uzunmüddətli reytinqini “sabit” proqnozla “BB+” səviyyəsində təsdiq edib.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan hökuməti kredit reytinqinin ən azı bir pillə yaxşılaşacağına ümid edir.

“Fitch”in qiymətləndirmələrinə görə, 2019-cu ildə Azərbaycanda ÜDM 3,5%, 2020-ci ildə 3,6% artacaq.

© "İnterfaks-Azərbaycan" 

Ən sərfəli krediti almaq üçün müraciət et