Avropa Parlamenti (AP) Baş Assambleyası, təbii qaz boru kəmərlərinə dair qaydalara dəyişilkilər layihəsini 95-ə qarşı 465 səslə qəbul edib.
Dəyişikliyə görə, üzv ölkələrin üçüncü ölkələrlə bağlayacağı təbii qaz sazişləri Avropa Birliyi (AB) enerji qanunvericiliyinə və müvafiq əsasnamələrə tabe olacaq.
Təbii qaz layihələrinə nəzarət səlahiyyəti AB Komissiyasına veriləcək.
AB ölkələrindəki qaz boru kəmərlərinin sahibləri ilə təbii qaz tədarükçülərinin fərqli olması təmin olunacaq. Təbii qaz bazarının daha rəqabətə davamlı bir quruluşa malik olması hədəflənir.
Təbii qaz layihələrində istisnalar sərt prosedurlara bağlı olacaq və bu hallarda AB Komissiyası həlledici rol oynayacaq.
Yeni düzəlişin, Rusiyada istehsal olunan təbii qazı Almaniyaya nəql edəcək "Şimal Axını 2" qaz kəməri layihəsini də təsir edəcəyi gözlənilir.
"Şimal Axını 2" ilə ildə 55 milyard kubmetrlik Rusiya qazının Baltik Dənizi üzərindən Avropaya nəql edilməsi planlaşdırılır. Ümumi uzunluğu 1230 kilometr olan kəmərin 10 milyard avroya başa gələcəyi hesablanır.
Dəyişikliyin qüvvəyə minməsi üçün AB Şurasının rəsmi razılığı lazımdır.
Marja