Baş nazir Dmitri Medvedev müavini Maksim Akimova özüməşğul taksi sürücülərinin fərdi sahibkar kimi uçota durmadan öz avtomobilindən isitifadə etmələrinə icazə verilməsi barədə tapşırıq verib.
"Yandeks.Taksi" və "Mail.ru Group"un yüksək vəzifəli rəhbərlərinin Baş nazirlə görüşü barədə məlumatda bildirilir ki, özüməşğul sürücülər üçün nəqliyyat qanunvericiliyində müəyyənləşdirilmiş bəzi normaların sadələşdirilməsi ilə bağlı təklif hökumət başçısı tərəfindən nəzərə alınıb. Hazırda Rusiyada özüməşğul sürücülərin taksi xidməti göstərmələri üçün avtomobillərə icazə alınmasında müəyyən məhdudiyyətlər mövcuddur. Bunun ucbatından, hətta vergi xidmətində qeydiyyata alınmış və vergilərini vaxtlı-vaxtında ödəyən sürücülər belə, əlavə olaraq fərdi sahibkar statusu almaq məcburiyyətindədirlər. "Taksi xidməti göstərənlər üçün bu, əlavə ödənişlər və bürokratik əngəl deməkdir və özüməşğul şəxslər üçün vergi rejimi imkanlarını dəyərsizləşdirir", - "Yandeks.Taksi" xidmətinin açıqlamasında qeyd edilib.
Vergiler.az