Maliyyə Nazirliyi Azərbaycanda uzunmüddətli notların dövriyyəyə buraxılması üçün daxili müzakirələr aparır.
Bunu qurumun İctimai Borcların İdarə Edilməsi Agentliyinin direktor müavini Azər Mursakulov bildirib.
“Bunun üçün dünya ölkələrinin təcrübəsi nəzərdən keçirilir. Məsələn Qazaxıstanda Mərkəzi Bank 1 ilə qədər, Maliyyə Nazirliyi isə 1 ildən çox müddəti olan notlar emissiya edir”, - o qeyd edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) Monetar siyasət departamentinin direktoru Azər Ələsgərov isə bildirib ki, təmsil etdiyi qurum da uzunmüddətli notların tədüvülü barədə düşünür: "Hazırda AMB-nin notları 28 günlükdür. Düşünürəm ku, uzunmüddətli qiymətli kağızların emisiya edilməsi bank sektorunda canlanmaya səbəb ola bilər. Amma bunun üçün Maliyyə Nazirliyi ilə razılıq əldə etmək lazımdır".
Report.az