“Moody`s” mayın sonunda Azərbaycan üzrə illik sammit keçirəcək | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Moody`s” mayın sonunda Azərbaycan üzrə illik sammit keçirəcək

Mayın 23-də “Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycan üzrə illik sammit keçirəcək. Bu barədə “Moody`s”dən məlumat verilib.

“Mayın 23-də Azərbaycan üzrə illik sammit keçiriləcək. Sammitdə islahatların həyata keçirilməsində irəliləyiş, ölkənin kredit reytinqinə təsir edən əsas amillər və digər məqamlar təhlil olunacaq”, - deyə məlumatda bildirilir.

Bütövlükdə, müzakirələr üç istiqamətdə aparılacaq: Azərbaycanın suveren reytinqi və neftin qiyməti; bank sektorunda vəziyyət; neft sektorunun icmalı.

“Moody`s Investors Service”in Azərbaycan üzrə uzunmüddətli kredit reytinqi "Ва2" səviyyəsində təsdiq edilib, proqnoz “stabil”dir.

Marja