Avropa İttifaqı Komissiyasının Qonşuluq siyasəti və genişlənmə müzakirələrinə məsul olan üzvü Yohannes Han Kosovanın Bosniya-Herseqovina və Serbiyadan idxal edilən məhsullara 100 faizlik gömrük vergisi tətbiq etməsini tənqid edib. Bosniya-Hersoqovinadakı görüşlərdən sonra Serbiyaya səfər edən Y.Han Belqradda Baş nazir Ana Brnabiç ilə görüşüb. O, görüşlə bağlı təşkil edilmiş mətbuat konfransında Serbiyanın regional əməkdaşlıq sahəsində səylərini təqdir etdiyini deyib: "Region ölkələri üzv olduqdan sonra Avropa İttifaqı onları qarşılaşa biləcəkləri problemlərlə mübarizəyə hazır vəziyyətə gətirməyə çalışır. Regional əməkdaşlıq bu baxımdan çox əhəmiyyətlidir".
Y.Han region ölkələri arasında rouminqin aradan qaldırılmasının əməkdaşlığa gözəl bir nümunə olduğunu qeyd edib: "Digər tərəfdən, Kosovanın Bosniya-Herseqovina və Serbiyadan idxal olunan məhsullara 100 faizlik gömrük vergisi tətbiq etməsi regional əməkdaşlığa zərər vurur".
Vergiler.az