AB-də iqtisadiyyatın həcminə görə ən böyük 8 ölkə | Banco.az

AB-də iqtisadiyyatın həcminə görə ən böyük 8 ölkə

Qlobal iqtisadiyyatın 30%-i 28 ölkəni özündə birləşdirən Avropa Birliyinin payına düşür. İqtisadçı ekspert Samir Əliyev facebook hesabında bu barədə məlumat paylaşıb. AB-də iqtisadiyyatın həcminə görə, ən böyük 8 ölkə aşağıdakılardır:

1. Almaniya - ÜDM 3,76 trilyon USD (70%-i bank sektorunun və turizmin daxil olduğu xidmət hesabına formalaşır)
2. Fransa - ÜDM 2,81 trilyon USD (dünyanın 6-cı ən böyük kənd təsərrüfatı istehsalçısı)
3. Birləşmiş Krallıq - ÜDM 2,73 trilyon USD (turizm sənayesi güclü inkişaf edib)
4. İtaliya - ÜDM 2,07 trilyon USD (dünyanın ən böyük şərab istehsalçısı)
5. İspaniya - 1,46 trlyon USD (dünyada turistlərin ən çox səfər etdiyi 3-cü ən böyük ölkə)
6. Niderland - 997 milyard USD (böyük təbii resurslara, o cümlədən təbii qaz ehtiyatlarına malikdirlər)
7. Polşa - 571 milyard USD (mədən sənayesi, kənd təsərrüfatı, əzcaçılıq güclü inkişaf edib)
8. İsveç - 558 milyard USD (ixracyönümlü olmaqla yanaşı mədən, mühəndislik, telekommunikasiya sektoru yüksək inkişaf edib).

Ən sərfəli kredit üçün müraciət et