"Azərbaycan Sənaye Sığorta" ötən ili zərərlə başa vurub | Banco.az

"Azərbaycan Sənaye Sığorta" ötən ili zərərlə başa vurub

“Azərbaycan Sənaye Sığorta” ASC-nin (ASS) cəmi aktivləri bu il yanvarın 1-nə 18,729 mln. manat təşkil edib.

Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 16% azdır.

2018-ci ildə ASS-nin cəmi öhdəlikləri 28% artaraq 7,209 mln. manata çatıb, cəmi kapitalı isə 31% azalaraq 11,522 mln. manata düşüb.

Ötən il ASS-nin gəlirləri 9,492 mln. manat (əvvəlki ilə nisbətən 6,7% az), xərcləri isə 11,664 mln. manat (16,2% çox) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 2,172 mln. manat zərərlə başa vurub. Halbuki, maliyyə qurumu 2017-ci ildən 141 min manat xalis mənfəətlə çıxmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 mln. manatdır. Şirkətin səhmlərinin 75%-i “Anadolu İnvestment Company” MMC-yə, 25%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

Report.az