Türk Lirəsi seçki ilə 1% ucuzlaşdı | Banco.az

Türk Lirəsi seçki ilə 1% ucuzlaşdı

Türkiyədə keçirilmiş bələdiyyə seçkisinin nəticələri Türk Lirəsinin Dollar qarşısında təxminən 1% ucuzlaşması ilə nəticələnib.

Dünən Türkiyədə keçirilmiş bələdiyyə seçkisində ən çox səsi Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (Ak Parti) toplasa da, Prezidentin partiyası ölkənin 3 böyük şəhərindən 2-də uduzub. İstanbulda cüzi fərqlə "Ak Parti"nin, Ankara və İzmirdə isə rəqib CHP-nin namizədi qalib gəlib. Eyni zamanda, Antaliya və Adana da da CHP-nin namizədi qalib olub. 

Seçki nəticələrindən məyus olmuş şəkildə çıxış etmiş Ərdoğan, "Siz qiymətli qardaşlarımdan bir şeyi xahiş edirəm. Əsla küsməyin, üzülməyin… "Biz bu nəticəni gözləmirdik" deməyə ehtiyac yoxdur. Bu seçkinin birinci partiyası "AK Parti"dir. Digərləri düşünsün" deyib.

Ən sərfəli kredit üçün müraciət et

Türkiyədə bələdiyyələrin təxminən 56%-i "AK Parti" tərəfindən idarə olunacaqdır.

Bakı vaxtı ilə saat 07:50-yə olan məlumata görə, Dollar/TL məzənnəsi 1% artımla 5.6268 səviyyəsində, Avro/TL məzənnəsi isə 1,1% artımla 6.3311 səviyyəsində olub. 

Marja