Bu gün İngiltərə və Avrozonadan açıqlanacaq önəmli iqtisadi göstəricilər ilə yanaşı, Breksit səsverməsi və qızıl da diqqət mərkəzində olacaqdır.
İngiltərədən ÜDM və Breksit sazişi səsverməsi, Avrozonadan inflyasiya
Bu gün İngiltərə və Avrozona iqtisadiyyatlarına dair açıqlanacaq önəmli fundamental məlumatlar fonunda EUR/USD və GBP/USD məzənnələrində güclü dalğalanma gözlənilir.
Bakı vaxtı ilə saat 13:30-da İngiltərənin iqtisadi inkişaf və saat 14:00-da Avrozonanın inflyasiyası ilə bağlı açıqlanacaq statistik göstəricilər ilə yanaşı İngiltərə parlamentində keçiriləcək üçüncü Breksit sazişi səsverməsi də investorların diqqət mərkəzindədir.
Qızılda ucuzlaşma 1260$-a kimi də davam edə bilər
Əlvan metallar bazarlarında isə qızılın qiymətində ucuzlaşma müşahidə edilir və bir unsiya üzrə qiymət 1284$-ın altında qalarsa, 1260$-a kimi də 2% dəyər itirə bilər.
İnvestAz