20 milyon manatlıq ipoteka istiqrazları yerləşdirilib | Banco.az

20 milyon manatlıq ipoteka istiqrazları yerləşdirilib

Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət  Fondu ASC – nin AZ2035008682 ISIN-li, 20 milyon manat həcmində, 23 il (8280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 000 000,00  manat olmuşdur.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 000 000,00  manat təşkil etmişdir.

İstiqrazların   ödəmə tarixi 31 iyul  2041-ci ildir.