ABŞ-ın cari əməliyyatlar kəsiri 2018-ci ilin 4-cü rübündə 6.2% artaraq 134.4 milyard dollara yüksəlib.
Proqnoz 130 milyard dollar idi.
Cari kəsirin ÜDM-ə nisbəti 2.6%-ə yüksələrək 2012-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb.
3-cü rüb cari kəsir göstəricisi 124.8 milyard dollardan 126.6 milyard dollara dəyişdirilib.
Bu gün açıqlanan digər bir məlumata görə, ölkənin xarici ticarət saldosu Yanvarda 14.6% düşərək 51.1 milyard dollara enib.
ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, xarici ticarət kəsiri ixracdakı artımın təsirilə 2019-un ilk ayında 14.6% düşərək 51.1 milyard dollar olub. Bu, 2018-ci ilin Mart ayından bəri ən böyük azalmadır. Proqnoz, xarici ticarət kəsirinin 57 milyard dollar olması istiqamətində idi.
Bu dövrdə ixrac 0.9% artaraq 207.3 milyard dollara yüksəlib, idxal isə 2.6% azalaraq 258.5 milyard dollara geriləyib.
Marja