ABŞ İranın neft ixracını sıfıra endirmək niyyətindədir.
Bunu ABŞ dövlət katibi Mayk Pompeo bildirib.
“Biz tamamilə İranın neft ixracını sıfıra endirmək niyyətindəyik", - o deyib.
Qeyd edək ki, 2018-ci il noyabrın 5-də ABŞ-ın İranın neft sektoruna qarşı sanksiyaları qüvvəyə minib. ABŞ Maliyyə Nazirliyinin bəyan etdiyi kimi, sanksiyalar 700-dən çox hüquqi və fiziki şəxsə, İranın gəmilərinə və təyyarələrinə qarşı tətbiq olunub. Eyni zamanda rəsmi Vaşinqton Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyə üçün neft sanksiyalarından müvəqqəti istisnalar təqdim edib. Bu ölkələrə 180 günlük güzəşt edilib.
Report.az