Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb | Banco.az

Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb

Bu ilin yanvar ayının yekununda Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 72,4 bənd təşkil edib.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ilin əvvəli ilə müqayisədə 0,2 bənd az, ötən ilin yanvar ayının yekununa nisbətən isə 7,9 bənd çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bu il fevralın 1-nə manatı real effektiv məzənnəsi isə 99,4 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,1 bənd, illik müqayisədə isə 7,2 bənd azdır.

Report.az